Sual: Güzgünün qabağında və ya güzgüyə baxa-baxa namaz qılmaq olar?
Cavab: Güzgü olan bir otaqda namaz qılmaq olar. Bir eybi yoxdur. Güzgünün və ya insanın görüntüsünü əks etdirən vitrin kimi şeylərin qabağında da namaz qılmaq olar.
İnsan namaz qıldığı vaxt özünü güzgüdə görə də bilər. Ancaq yaxşı olar ki, güzgünün qabağında namaz qılmağı vərdiş və adət-ənənə halına gətirməsin. Çünki bu hal bir müddət keçdikdən sonra onda çaşqınlıq yaradır və diqqətini namazdan yayındırır. Güzgüyə baxa-baxa namaz qılmaq da belədir. Bunu nəzərə alan bəzi alimlər güzgünün qabağında namaz qılmağı məkruh hesab edirlər. Çünki namaz xüşu ilə qılınmalıdır.
Namazda xüşulu olmaq ibadətə hörmətli olmaq və Allah Təalaya təzim etmək, Ona itaətkar olmaq deməkdir. Bu, özünü aşağıda, Allahı isə uca mərtəbədə görən insanlarda olur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.