Sual: Mənə məlumdur ki, siz mülki insanlara – dinc əhaliyə qarşı həyata keçirilən istişhad aktlarına qəti surətdə qarşı çıxırsınız. Bu fikriniz Quranın İsra surəsinin 33-cü ayəsinə əsaslanır? Siz nə üçün bu hadisələrə zidd gedirsiniz?
Cavab: Təbii ki. Allah təkcə müharibə meydanında o biri tərəfi – düşməni öldürməyə icazə verir. Allah deyir ki, müharibə meydanında qarşılaşdığınız vaxt kafirlərin boynunu vurun. Bunun xaricində olmaz.
Bu məsələdə çox mühüm bir məqam var: İnsan özünü öldürə bilməz. İslam dini insanı yaşatmaq üçün gəlib. Bəziləri gedib canlı bomba qismində özlərini partladır, başqalarının da həyatına son qoyur. Belə bir şey ola bilərmi?! Bu, qəbuledilməz bir haldır!
Allah Quranda buyurur ki, Allah yolunda öldürülənlərə ölülər deməyin. İstişhad aktlarını həyata keçirənlər öldürülmürlər ki! Özlərini öldürürlər! Bunu da İslamla əsaslandırmağa çalışırlar. Belə bir şey ola bilməz!
Allah buyurur ki, özünüzü öldürməyin! Yenə deyirəm, İslam insanı və insanlığı öldürmək üçün deyil, yaşatmaq üçün gələn bir dindir.
Bu hərəkəti edənlər isə bu hərəkətləri ilə: “Qətiyyən İslam dininə girməyin!”, – demiş olurlar.
Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar geniş cavablarımızla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/musahibeler/2103.html
http://www.muselmanlar.com/fitvalar/2107.html
http://www.muselmanlar.com/fitvalar/2136.html
http://www.muselmanlar.com/fitvalar/2134.html
http://www.muselmanlar.com/fitvalar/2127.html
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.