Müsəlmanlar

Cinsi əlaqə və qüsl

Sual: Bir kişi öz arvadı ilə cinsi əlaqədə olsa, amma boşalma olmadan əlaqəni müəyyən bir səbəbə görə yarıda kəssə, qüsl etməlidirmi? Bu sualı ona görə soruşuram ki, Cəmul-fəvaid adlı hədis kitabının I cildinin 123-cü səhifəsində Müslimdən əxz edilən bir hədisdə bu məsələ ilə əlaqədar ziddiyyətli ifadələr var. Belə ki, orada həm qüsl etmək lazım deyil, həm də eyni səhifədə həmin kişi qüsl etməlidir deyilir. Belə olan halda, hədislərdən hansı mötəbərdir?

Cavab: Həmin kişi qüsl etməlidir. Çünki Qurani-Kərimdə: “Əgər cünub olmuşsunuzsa, qüsl edin”, – deyilir (Maidə, 5/6). Ərəb dilində cünub olmaq boşalma olub olmamağından asılı olmayaraq cinsi əlaqə mənası daşıyır. Bununla əlaqədar hədis isə aşağıdakı kimidir:

Sizin biriniz arvadının dörd orqanının arasında oturduqdan sonra onunla əlaqədə olsa, boşalıb boşalmamağından asılı olmayaraq qüsl etmək ona vacibdir (Müslim, Heyz, 22).

Müslim rəvayətində bildirilir ki, bu hədis sizin haqqında danışdığınız “boşalma olmasa, qüsl lazım deyil” hədisini nəsx edib; başqa sözlə, aradan qaldırıb. Bundan əlavə, bu hədis Qurandakı ayəyə də uyğundur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.