Müsəlmanlar

Namaz üçün mütləq bir məzhəbə tabe olmaq lazımdır?

Sual: Bir nəfər var və bu şəxs heç bir dini təriqət, camaat, icma və ya məzhəbə mənsub deyil. Namaz qılmağı öyrənmək istəyir. Lakin görür ki, namaz müxtəlif məzhəblərdə müxtəlif formada qılınır. Bu şəxs nə etsin? O, bu məsələdə mütləq hansısa bir məzhəbə tabe olmalıdır? Müəyyən bir məzhəb və ya təriqət seçməlidir, yoxsa tək başına bir yol axtarmalıdır?

Cavab: Mən bu suala cavab olaraq şəxsi təcrübəmi sizinlə bölüşmək istəyirəm. Belə ki, bizə uşaq vaxtı dini məsələləri Hənəfi məzhəbinə əsasən öyrətdilər. İndi isə mən səhvlər üzə çıxana qədər məzhəbi izləyirəm, onun yolundan gedirəm. Səhvlər üzə çıxan kimi dəyişdirirəm. İnsanın əlindən başqa bir şey gəlmir ki!

İnsanın bu məsələləri tək başına öyrənməyinə gəldikdə isə bu, çox çətin və uzun bir yoldur. Axı namazı vaxtlı vaxtında qılmaq lazımdır! Ona görə də bir namaz kitabı almaq, ondan öyrənmək və qılmaq lazımdır. Bu yolda səhvlər də olacaqdır. Həmin səhvlər üzə çıxdıqda düzgün yol nədirsə, ona yönəlmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə birbaşa əlaqədar olan digər qısa cavablarla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/mezhebler

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.