Müsəlmanlar
Qiyabi meyyit namazı

Qiyabi meyyit namazı

Sual: İslam dinində qiyabi meyyit namazına münasibət nədən ibarətdir? Bəzən elə olur ki, çox uzaq bir yerdə rəhmətə gedən bir nəfərin meyyit namazını qiyabi surətdə başqa yerlərdə qılırlar. Bu nə dərəcədə düzdür?

Cavab: Meyyit namazı ölən şəxsə dua etməkdən ibarətdir. Allah Təala Rəsulullaha (s. a. v.) münafiqlərlə əlaqədar olaraq belə buyurmuşdur:

“Onların ölənlərə əsla meyyit namazı qılma.”

Buradakı “Salli əla” ifadəsi dua etmək mənasını verir.

Bir sözlə, meyyit namazı ölü üçün dua etmək deməkdir. Biz bu duanı etdikdə Rəsulullah kimi hərəkət etməyə çalışırıq; onu əsas tuturuq. Meyyit namazı əslində bir namaz deyil. Ölü üçün yerinə yetirilən axırıncı bir öhdəlik kimidir.

Ölən adam üçün dua etmək istədikdə onun yanında olmaq şərt deyil.

Rəvayətlərdə qeyd edilir ki, peyğəmbərimiz (s. a. v.) Həbəşistan hökmdarı vəfat etdiyi vaxt onun üçün qiyabi meyyit namazı qılıb.

Odur ki, qiyabi meyyit namazı qılmaq istəyənlər vəfat edən şəxs barədə cəm halda dua edirlər.

Hənəfi məzhəbindən olanlar belə hesab edirlər ki, qiyabi meyyit namazı qılmaq təkcə peyğəmbərə xas bir işdir. Şafeilər və digər məzhəblər isə qiyabi meyyit namazının qılına biləcəyini bildirirlər.

Nəticə olaraq, ölən şəxs üçün cəm halda dua mənasında qiyabi meyyit namazı qılmaq mümkündür.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Ətraflı məlumat üçün aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/cenaze-meyyit

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.