Sual: Nisa surəsinin 41-ci ayəsində: “Hər ümmətdən bir şahid gətirdiyimiz və səni də onlara şahid etdiyimiz vaxt...”, - deyilir. Peyğəmbərimiz həzrəti Muhəmməd əvvəlki ümmətlərdən xəbərdar olmadan onlar barəsində necə şahidlik edə bilər? Burada bir tərcümə səhvi ola bilərmi?
Cavab: Bəli, qeyd etdiyiniz ayənin Ərəbcə orijinalına nəzər saldıqda məlum olur ki, ona düzgün məna verilmir.
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا
Ayənin düzgün tərcüməsi belə olmalıdır:
“Hər ümmətdən bir şahid gətirdiyimiz vaxt və səni də bunlara (bu möminlərə) şahid gətirdiyimiz zaman nə olacaq?”
Burada nəzərdə tutulan həzrəti Muhəmmədin ümmətindən olan möminlərdir; əvvəlki ümmətlər deyil.
Bunu daha yaxşı başa düşmək üçün yenə Qurana müraciət etmək lazımdır. Belə ki, Bəqərə surəsinin 143-cü ayəsində deyilir:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.”
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.