Müsəlmanlar

Balaca vaxtı ölənlər Cənnətdə də o cür qalacaqlar?

Sual: Xilqət qanunu balaca vaxtı – uşaq ikən ölənlər üçün də qüvvədədir? Yəni, onlar Cənnətdə də həmişəlik uşaq olaraq qalacaqlar? Yoxsa onlar da Qiyamət qopanda böyük bir bədəndə yaradılacaqlar?

Cavab: Onlar axirətə – o biri dünyaya nə savab, nə də günah qazanaraq gedirlər, elə deyilmi? Təbii ki, Allah Təala heç bir sualı cavabsız buraxmayıb. Elə isə gəlin, onun kəlamı olan Qurana müraciət edək. Tur surəsinin 24-cü ayəsində deyilir:

Onların ətrafında özlərinin uşaqları gəzib dolanacaqlar. Sanki onlar qorunub saxlanmış mirvaridirlər.”

Bu ayədə məlum olur ki, Cənnətdə insanların uşaq sevgisi ehtiyacı da ödənəcək. Bəs buradakı “öz uşaqları” ifadəsini necə başa düşmək lazımdır? Və siz burada güman ki, belə bir sualı da düşünürsünüz: Bəs ata-anası kafir olanlar necə olacaq? Cavab budur:

Onların heç olmasa, əcdadı olan Adəm peyğəmbər  kafir deyildi. Onların soyundan gəldikləri Nuh peyğəmbər də kafir deyildi. Ya da Hud peyğəmbər və digər peyğəmbərlər. Bununla demək istəyirəm ki, hamının əcdadında həqiqi möminlər var.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.