Müsəlmanlar
“Filan icmadan çıxsam, arvadım boş olsun!” sözü ilə talaq olur?

“Filan icmadan çıxsam, arvadım boş olsun!” sözü ilə talaq olur?

Sual: Son zamanlarda təəssüf ki, bəzi icmaların nümayəndələri həmin icma və camaatlara daxil olan insanlara belə bir and içdirirlər: “Əgər mən bu camaatdan çıxsam, arvadım boş olsun, boşanmış hesab olunsun!”. Belə bir şey mümkündür? Filan şəxs filan dini qrup və ya camaatdan çıxsa, arvadı dini cəhətdən boşanmış hesab edilir?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, İslam dinində kişinin öz arvadını boşanma hüququna talaq deyilir. Bu məsələ Quranda təfsilatlı formada izah edilmiş və belə deyilmişdir:

“Budur, bunlar Allahın qoyduğu (sər)hədlərdir. Nəbadə, bunları keçəsiniz! Kim(lər) Allahın sərhədlərini keçsə(lər), o(nlar) zalım(lar)dır.” (Bəqərə, 2/229)

Siz bu barədə ətraflı məlumatla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2282.html

“Allahın qoyduğu sərhədlər = hüdudullah” ifadəsi Quranda ümimilikdə 14 ayədə qeyd olunur. Ki, bunların 8-i talaqla əlaqədardır. Bütün bunlar Allahın talaq məsələsinin nə dərəcədə mühüm olduğunu vurğuladığını göstərir.

Nə Quranda, nə də Allahın elçisi həzrəti Muhəmmədin (s. a. v.) Sünnəsində bir şərtdən asılı olan talaq var. Yəni, “filan camaatdan çıxsam, arvadım boşanmış olsun” qəbilindən bir şeyin olmağı və ya olmamağından, ya da vaxtdan asılı bir talaq-boşama forması dində yoxdur. Ona görə də bu cür bir boşama cəhdi Qurana və Sünnəyə ziddir, etibarsızdır.

Qadının İslam dininə əsasən boşanma hüququ və boşama-boşanmayla əlaqədar digər məsələlər üçün aşağıdakı keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/152.html

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.