Sual: Peşə kimi jokey olmağı seçmək günahdır?
Cavab: Uşaqlara, cavanlara və istəyən böyüklərə yaxşı at minməyi öyrətmək mənasında jokeylik peşəsinə yiyələnməyin bir eybi yoxdur. Əksinə, bunda savab var. Çünki peyğəmbərimizin (s. a. v.) ay yetişdirmək və miniciliklə əlaqədar tövsiyə xarakterli sözləri var.
Ancaq qumar qəbilindən olan cıdır yarışlarında işləmək mənasında jokeylik caiz deyil. Çünki bu cür bir minicilikdə Quranın qadağan etdiyi “gnah olan əməllərdə köməkləşmək” var. Allah belə buyurur:
“Yaxşılıqda və pislikdən uzaq durmaqda köməkləşin, günah etmək və ifrata varmaqda köməkləşməyin.” (Maidə, 5/2)
“Möminlər! Xamr (insanı sərxoş edib uyuşduran şey), qumar, tikili daşlar və fal oxları şeytan əməli murdarlıqlardır. Onlardan uzaq durun ki, umduğunuza qovuşasınız.
Şeytanın istədiyi tək şey xamr (insanı sərxoş edib uyuşduran maddələrlə) və qumarla aranıza düşmənlik və kin-küdurət salmaq, bir də sizi Allahın zikri (olan Qurandan) və namazdan uzaqlaşdırmaqdır. Artıq bundan vaz keçərsiniz, deyilmi?!” (Maidə, 5/90-91)
Suala cavab verdi: Əli Rza Demircan (ilahiyyatçı-alim)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir.MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.