Müsəlmanlar

İnsan nə vaxt məsuliyyət daşıyır? Yetkinliklə, yoxsa rüşdlə?

Sual: İnsanın məsuliyyəti yetkinlik çağına gələndə - 13-14 yaşlarında başlayır? Yoxsa zehni tam muhakiməyə başladığı və doğrunu (rüşdü) məntiqli bir şəkildə axtardığı yaşlardamı?

Cavab: İnsanın məsuliyyəti yetkinlik çağında başlayır. Çünki yetkinlik çağında insan fiziki formasını tamamlamış olur. Evlənmə, doğrunu əyridən seçmə və gördüyü işləri mühakimə etmə  yaşına gəlir. Allaha qarşı məsuliyyətlərini dərk edir. Bundan sonra isə öz həyatını yönləndirməyə başlayır.

Yetkinlik yaşına gələnə qədər çox da ağlına gəlməyən şeylər o zaman ağlına gəlməyə başlayır. Məsələn, Qadınlara meyl etməyə başlayır. Qız uşağında  isə oğlanlara qarşı bir hiss oyanır. Ondan sonra dünya malı arzusu, özünü ortaya qoyma, isbatlama arzusu və s. yaranır. Bütün bunlarla üzləşən oğlan  ya da qız iki qərarla qarşı-qarşıya qalır və bunlardan birini seçməkdə sərbəst olurlar.  Ya Allah Təalanın tərəfini seçəcək  ya da öz mənfəətlərinin … Bu  da dediyimiz imtahanın başlanğıcı olur. O seçiminə əsasən insan öz həyatına yön verməyə çalışır. İnsanın dürüstmü, yoxsa mənfəətçimi olduğu da elə ondan sonra ortaya çıxmağa başlayır.

Rüşd isə lüğəttə “doğru olmaq, doğrunu tapmaq”- mənasında olub səfehin ziddidir. Hər yetkinlik yaşına çatan rüşdə sahib olmaya bilər. Bu səbəblə hər yetkinlik yaşına çatıb rüşdə sahib olan məsuliyyət daşıyır.

Mövzu ilə əlaqədar bu yazıya da baxa bilərsiniz:

Namaz bir uşağa neçə yaşda vacib olur?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.