Müsəlmanlar

Əzan yuxu nəticəsində ortaya çıxıb?

Sual: Bəzi adamlar deyirlər ki, əzan ilk dəfə əshabələr tərəfindən yuxuda görülüb. Sonra onlar bunu peyğəmbərə tövsiyə ediblər. İlk dəfə əzan bu cür oxunmağa başlanıb. Bu söz nə dərəcədə düzgündür?

Cavab: Əzan nədir? Əzan bir dəvətdir, çağırışdır. Quranda Cümə surəsində deyilir ki, Cümə günü namaza çağırıldıqda Allahı zikr etməyə tələsin.

Əzanın sözləri həqiqətən də, çox gözəldir; cahanşümul mesajlar ehtiva edir. Əzanın sözləri insanın yaddaşında yaxşı qalır.

Allah Quranda namaza çağırışdan bəhs edir. Deməli, əzan əslində Quranla da sabitdir. Rəsulullah (s. a. v.) da belə edib; o dövrdə namazlardan əvvəl əzan oxunub. Odur ki, bunu yuxu ilə izah etməyə ehtiyac yoxdur. Çünki həm Quranda namaza çağırışdan danışılır, həm də əzan oxumaq birbaşa peyğəmbər tərəfindən həyata keçirilən bir məsələdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.