Müsəlmanlar
Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var?

Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var?

Sual: Televiziya verilişlərinin birində bir din xadimi dedi ki, Cümə namazının günorta (zöhr) vaxtı olduğunun Quranda bir dəlil-sübutu yoxdur; əgər peyğəmbərimiz belə etməsəydi, bizim bunu başa düşməyimiz qətiyyən mümkün olmazdı! O belə dedikdə bizdə tərəddüd yarandı. Həqiqətən də, Quranda Cümə namazının vaxtının günorta namazı vaxtı olduğuna dair sübut yoxdur?

Cavab: Fərz (vacib) namazların vaxtını bildirən-tənzim edən Quran ayələrinə (Hud 114 və İsra 78) əsasən günün ilk namazı günorta (zöhr), axırıncı namazı isə sübh (səhər) namazıdır. Cümə namazı ilə əlaqədar olaraq isə Quranın Cümə surəsində deyilir:

“Cümə günü namaza dəvət olunduqda (çağırış edildikdə) dərhal Allahı zikr etməyə tələsin.”

Bu ayədən də başa düşmək olur ki, Cümə günü fərz (vacib) bir namaz üçün edilən çağırış digər günlərdə olduğu kimi, günün ilk fərz (vacib) namazı üçün, yəni, zöhr (günorta) vaxtında olmalıdır. Odur ki, Cümə namazının vaxtının zöhr (günorta) namazının vaxtı ilə eyni olması Quranla sübuta yetirilir; sübut olunur. Peyğəmbərimiz (s. a. v.) də məhz bu ayələrə əsasən hərəkət edib və onun vaxtında Cümə namazları zöhr (günorta) namazının vaxtında qılınıb. Bu gün də dünyanın hər yerində bu cür qılınır.

Qurandakı gecə-gündüz münasibətləri ilə əlaqədar olaraq aşağıdakı keçidə baxmağınız məsləhətdir:

http://www.muselmanlar.com/fitvalar/3630.html

http://www.muselmanlar.com/fitvalar/1751.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.