Müsəlmanlar
Ali-İmran surəsinin 86-cı ayəsi kəlimeyi-şəhadətin sübutudur?

Ali-İmran surəsinin 86-cı ayəsi kəlimeyi-şəhadətin sübutudur?

Sual: Ali-İmran surəsinin 86-cı ayəsində Rəsulun haqq olduğuna şahidlik etməkdən danışılır. Bu cümlə kəlimeyi-şəhadətin bir dəlil-sübutu kimi qəbul oluna bilər?

Cavab: Təbii ki. Amma gəlin, həmin ayəni hami xəbərdar olsun deyə, birlikdə oxuyaq:

İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz.”

Burada “şahid olmaq” ifadəsi işlədilmişdir. Bir şeyə şahid olmaq üçün də o şeyə dair məlumatlı olmaq lazımdır. Elə isə Allahın kitabını başa düşdüyümüz vaxt o kitabı bizə gətirib təbliğ edən Rəsulun da haqq olduğuna şəhadət gətiririk.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.