Sual: Qurani-Kərimi Fatihə surəsindən başlayaraq Nas surəsinə qədər məalından oxumağın faydası olurmu? Belə bir niyyətim olduğunu deyəndə: “Kifayət qədər biliyə yiyələnmədən oxumağın düzgün deyildir!”- deyə tənqidlər aldım.
Cavab: Allahın kitabını əlbəttə başa düşərək oxumalısınız. Hər kəs Allahın bir bəndəsidir. Başa düşmədiyiniz yerləri bilənlərdən soruşmalısınız. Hər insan öz başındakına və məzhəbindəki görüşlərə əsasən Quranı şərh edə bilər. Bəzi adamların üzümü qıcqırdıb şərab etdiyi kimi…Üzüm də Allahın bir ayəsidir. Necə ki, bunda qəbahət üzümün olmadığı kimi, keyfinə və məzhəbinə görə şərh edənlərin əməlində də Quranın bir qəbahəti yoxdur. Bu səbəblə Allaha tabe olmaq istəyən Onun saf qaynağından- Qurandan bəslənməlidir. İslamı başa düşməyin ən doğru yolu da budur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.