Müsəlmanlar
Yasin surəsindəki uğursuzluq nədir?

Yasin surəsindəki uğursuzluq nədir?

Sual: Yasin surəsinin 18 ve 19-cu ayələrində bir "uğursuzluqdan" bəhs edilir. Nədir bu uğursuzluq?

Cavab: Ayələri bir-biri ilə izah etməyə çalışanda mənaları başqa məallardakından çox fərqli olur. Ənənəvi məalda: “Doğrusu siz bizə uğursuzluq gətirdiniz”-deyə məna veriblər. Halbuki, məsələ bu deyildir. Bizim verdiyimiz məala baxdığınız zaman belə bir mənanı görməzsiniz.

Hər hansı bir cəmiyyətdə insanlara Allahın ayələrini oxuduğunuz vaxt, o insanların başı qarışır. Ağlı nəfsi ilə mübarizəyə başlayır. Allahın ayələri ilə qarşılaşan hər kəs bunu yaşayır. Bu səbəblə dini təbliğ edənlərə çox vaxt: “İnsanların başını qarışdırma”, “yoldan çıxartma”- deyə qarşı gələrlər. Peyğəmbərlərə də belə demişdilər: “Tədayyərna bikum”– mənası “bizi uçurdunuz”-yəni başımızda, ənənəmizdə yerləşmiş məlumatları uçurdunuz, “sərsəmlətdiniz”– dedilər.  Ayənin sonrasında: “Əgər bu işdən əl çəkməzsəniz, sizi mütləq daşlayacayıq.” Peyğəmbərlər də bunun müqabilində: “Tairukum məakum”- mənası, “sərsəmliyiniz yanınızda olanı qəbullənmək ucbatındandır”- dedilər. O səhv etiqadınızdan ötrü beyniniz bulanır.

Bu bulanma və sərsəmləmənin səbəbi: Deyilənlərin doğru olduğunu başa düşdükləri halda qəbul etmək istəməmələrinin nəticəsidir. Çünkü, insanın doğruyu gördüyü halda onu qəbul etməməsi, fitrətinin zərərinədir. Əyri və ya pis şeyləri mənimsəyən insanlar həm psixoloji həm də fiziki yöndən zərbə alırlar. Nəticədə bir çoxunun əsəbi, dərdli və dumanlı olduğunu görürsünüz. Bu səbəblə düşdükləri vəziyyətdən xilas olmaqları üçün; içkiyə, siqaretə, nəşəyə və intihara qədər gedirlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.