Müsəlmanlar
Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur?

Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur?

Sual: Əbu Bəkrin (r.a.) xəlifəliyi dövründə dindən dönənlərə qarşı aparılan döyüş nə qədər doğrudur? Əgər doğru isə bunu Quran və hikmət perspektivindən izah etməyinizi xahiş edirəm.

Cavap: Rəsulullahın (a.s.)  vəfatından sonra bir çox qəbilələr mərkəz hökümətə (xilafətə) zəkatlarını göndərmək istəmədilər.

Tövbə surəsinin 103-cü ayəsində:Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.’’

Rəsulullahın vəfatından sonra zəkatı verməyən qəbilələr dedilər ki: “Rəsulullah zamanında biz zəkatı Ona gətirirdik və O da bu zəkatdan ötrü bizə dua edirdi həm də qazancımız artırdı. Rəsululah artıq vəfat etdiyinə görə artıq bu zəkatı mərkəzi hökümətə göndərməyəcəyik və öz kasıblarımıza verəcəyik. Əbu Bəkr də bunlara qarşı belə demişdi: “Vallahi, Rəsulullaha verdikləri bir yuları məndən əsirgəsələr belə, onlarla döyüşəcəyəm.

Nəticə olaraq: Bu döyüş əslində ancaq dindən dönənlərə qarşı deyildi. Əlbəttə onların arasında dindən dönənlər də var idi. Ancaq döyüşün səbəbi bu deyildi. Onlarla döyüşməyin əsl səbəbi, müsəlmanları gücləndirən zəkatdan imtina etmələri idi. Bu səbəblə Ömər (r.a.) Əbu Bəkrə hədisi xatırladaraq: “Lə İlahə İllallah deyən birilə necə döyüşə bilərsən?”-deyib, etiraz edəndə Əbu Bəkr yuxarıdakı cavabı vermişdi.

Əlbəttə bir müddət sonra bu hadisəni başqa məcralara daşıdılar…

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.