Müsəlmanlar

Allah ruzini öz istədiyinə verir, yoxsa çalışana?

Sual: Allah ruzini öz istədiyinəmi verir, yoxsa çalışana? İstədiyinə daha çox verirmi? Belə bir məşhur söz vardır: “Allah, elmi istəyənə, ruzini isə istədiyinə verir.” Bu söz doğrudurmu?

Cavab: Allah Təala, Nəcm surəsi 39-ci ayədə belə buyurur: “İnsana öz çalışıb qazandığından başqası yoxdur.”

İnsan ata-anasının və başqasının malını yeyib-içər, verdiklərindən istifadə edər. Eyni zamanda başqasının malını, haqqını zorla ya da gizlicə mənimsəyə bilər. Ancaq bütün bunların heç biri sizin deyildir. Sizin olan öz qazandığınızdır. Çalışmayana isə heç bir şey yoxdur. İsra surəsi 18-19-cu ayəsində: “Kim bu dünyada yalnız nağdı olanı istəyirsə, biz ona istədiyimiz qədərini veririk…” Məsələn; ərəblərin çoxuna torpağın altından elə bir sərvət vermiş ki, hər kəs varlanmışdır. “Kim ki, axirəti arzu edir və lazım olan əməyi sərf edirsə bu çalışmaları qəbul edilir.”

Allah insana var-dövlət verib imtahan etdiyi kimi, bunları vermədən və ya əlindən alaraq da imtahan edər, sınaqdan keçirir. Onsuzda bu dünya bizim əbədi qalacağımız bir yer deyidir.

Fəcr surəsində bu barədə geniş məlumat verilir: İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.”

“Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi sövq etmirsiniz, mirası hərisliklə yeyirsiniz, Mal-dövləti isə lap çox sevirsiniz.” (Fəcr, 89/15-30)

Dövlətli ola bilməyin bir yolu da Allah Tealanın verdiklərindən xərcləyə bilməkdir. Bu səbəblə Allah belə buyurur: “Əgər şükr edərsəniz sizə nimətimi artıraram.” (İbrahim, 14/7.) Əslində əsl dövlətli insan Allahın verdiklərini xərcləyən insandır.

Nəticə olaraq: Bizə dövlətli görünən insanların çoxu başqalarının malına yiyələniblər. Həqiqətdə isə onlar heç bir şeyə sahib olmayan insanlardır. Belələrinin əldə etdiklərinə ruzi deyil, bir bəla desək daha münasib olur.

Əsl dövlətli olan isə qazandığı malı başqaları ilə bölüşəndir. Beləsi dünyada da axirətdə də varlı və Allah tərəfindən sevilən insandır.

Bu barədə saytımızın digər yazılarına müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5225.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.