Sual: Bəzi hallarda qıldığım namazdan zövq ala bilmirəm. Bu isə məni şübhələndirir və Maun surəsi ağlıma gəlir. Belə hallarda biz də bu surənin nəzərdə tutduğu insanlara daxil oluruqmu?
Cavab: Əgər narahat olur və qorxursunuzsa demək ki məsuliyyət daşıyırsınız. Məsuliyyət daşıyan insan isə sahib olduğunu qorumaya və elədiyi işi tam yerinə yetirməyə çalışır. Hər zaman istədiyiniz nəticəni əldə etməyə bilərsiniz. Ancaq gördüyünüz işdə əzimli olmanız sizə çox vaxt müvəffəqiyyət qazandıracaqdır. Unutmamalıyıq ki, şeytan ən çox müsəlmana xeyirli bir iş gördüyü zaman yüklənir. Namaz da bunlardan biridir.
Allaha şükür olsun ki, bizi tanıdığı üçün namazı hüşü ilə qılmağı, ondan zövq almağı fərz qılmamışdır. Belə olsaydı namazımız olmaz və çoxumuz da qılmazdıq. Möminun surəsinin 2-ci ayəsində: “O şəxslər ki, namazlarını huşu içində qılırlar”-buyurulur və huşu içində olanlar tərif edilir. Ancaq əmr edilməz. Huşu, eyni zamanda elədiklərimizin şüurunda olmaqdır. Hər kəs bacara bildiyi qədərindən sual ediləcəkdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.