Sual: Yunus surəsi 94-cü ayədə peyğəmbərimizdən ona heç inanmayan və hətta onu yalanlayan əhli- kitaba soruşub, imanını gücləndirməsi istənilirmi?
Cavab: Əlaqədar ayənin məalı belədir:
“Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.” (Yunus, 10/94.)
Bu ayədə Rəsulullahın şübhə etdiyi ifadə edilən məqam, imanla əlaqədar deyildir. Əslində bu “Sənə nazil etdiyimizə şübhə edirsənsə,”– ifadəsindən də asan başa düşülür. Rəsulullahın Allaha iman barədə heç bir şübhəsi olmamışdır. Müşriklərin əsl məsələsi, onun risalətlə (elçiliklə) əlaqəli vəhy alıb-almadığı, yəni Allahın göndərdiyi bir nəbi olub-olmadığı məsələsidir. Ona qarşı gələnlər, bu xüsusiyyətini qəbul eləmirdilər.
Etirazları belə idi: “Məhəmməd, Allahdan vəhy alan biri deyil, cinlərin və başqa məxluqların təsirində qalan, onların vəsvəsəsiylə insanları ofsunlayan biridir.” Bu cür etirazlar Məkkə dövründə çox yayılmışdı. Hətta Məkkə dövründə bu və ya buna bənzər etirazlara toxunmayan surə çox azdır. Nəticə etibarı ilə, bizim kimi bir insan olan peyğəmbər də özünə qarşı edilən etirazlardan şübhələnmişdir. Necəki, tarixi rəvayətlər, onun ilk dəfə vəhy alandan sonra, aradan bir müddət keçəndə şübhəyə düşdüyünü və bu narahatlılığın müəyyən müddət ərzində davam etdiyini nəql edir. Bir çox Məkki surədə də dəfələrlə onun “məcnun”, “sehirbaz”, “kahin” ya da “şair” olmadığı bildirilir.
Beləliklə, peyğəmbərə nazil olan ayələrin, insanların iddia etdiyi kimi cin və başqa məxluqların vəsvəsələri deyil; bilavasitə Allahın vəhyi olduğunu bildirir. Əgər o bu barədə bir şübhəyə düşmüşsə, özünə bildirilən vəhiylərin əvvəlki kitablarda da olduğunu, bunu kitab-əhlinə (əhli-kitab) soruşaraq öyrənə biləcəyi tövsiyə edilmişdir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.