Sual: Allah buyurur: “Kim Mənim dinimə kömək edərsə, Mən də ona kömək edər və addımlarını möhkəmləndirərəm.” Mən bir dinləyici kimi sizin dərslərinizdə iştirak edirəm. İstəyirəm ki, özüm də nəsə edim. Sualım budur: Mən öz dolanışığını təmin edən, ailəsi ilə dolanan bir insanam. İnsanlara Quranı nə cür izah edə bilərəm? Nə etməliyəm? Mənə bu məsələdə bir yol göstərməyiniz mümkündür?
Cavab: Hər şeydən əvvəl Quranı çox yaxşı dərk etməlisiniz. Onu ilk növbədə özünüz yaşamalı və başqalarına çox yaxşı bildiyiniz ayələri izah etməlisiniz. Bu iş çox yaxşı səviyyədə bilmədən olmaz. Əvvəlcə özümüz çox yaxşı dərəcədə yetişməliyik. Özümüz də Quranın hökmlərini həyata keçirməli, daha sonra çox yaxşı bildiyimiz məsələləri başqalarına təbliğ etməliyik. Öz öhdəliyimizi məhz bu halda yerinə yetirə bilərik.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.