Müsəlmanlar
İnternetdə bəzi gizli audio-video fayllara baxmaq və onları yaymaq düzgündür?

İnternetdə bəzi gizli audio-video fayllara baxmaq və onları yaymaq düzgündür?

Sual: Məlumdur ki, internet şəbəkəsində vaxtaşırı olaraq bəzi audio-video fayllar üzə çıxır. Bu faylları cinayət olub olmadığına baxmadan izləmək, onlara qulaq asmaq, baxmaq və yaymaq fərdi azadlığa müdaxilə etmək demək deyilmi? Bu cür hərəkətlərə dinimizdə necə baxılır? Haramdır?

Cavab: İnsanların məhrəm səs və görüntülərini dinləmək, onlara baxmaq və yaymaq olmaz. Sizə bununla əlaqədar bir misal verim:

Bundan təqribən 2 il əvvəl internet şəbəkəsində məşhur bir din xadiminin məhrəm görüntüləri yayıldı. O videoları mənə də göndərdilər ki, baxım. Mən qətiyyən baxmadım! Hətta faylı heç açmadım! Dərhal silib atdım. Mənim də, başqalarının da bu qəbildən görüntülərə baxmağa ixtiyarımız yoxdur. Heç kəs məni o fayllara baxdıra bilmədi!

Odur ki, bilməliyik: Biz insanların qüsur, qəbahət, günah və cinayətlərini araşdırmalı deyilik, belə bir öhdəliyimiz yoxdur!

Yəqin fikir verirsiniz, biz neçə ildir ki, dərs keçirik. Dərslərdə heç vaxt heç bir insanın eyib və qüsurundan danışmırıq. Sadəcə olaraq Quran və Sünnəyə zidd olan və lazımi səviyyədə dini məlumatı olmayanlara zərərli olan məsələlərdən danışırıq.

Şübhəsiz ki, hamının eyib və qüsurları var. İnsanları mühakimə edib haqq-hesaba çəkən Allahdır. Bizim belə bir ixtiyarımız qətiyyən yoxdur. Biz burada sadəcə olaraq dinlə əlaqədar səhv məsələlərdən danışırıq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.