Sual: Kənddə yaşayanların meşələrdən istifadə etməyi, misal üçün, qışda yandırmaq üçün odun ehtiyacını meşədən ödəməyi düzdür? Meşələrdə yetişən yabanı meyvələri (alça, şabalıd, böyürtkən, əzgil, itburnu və sairə) yığıb yemək halaldır?
Cavab: Sualınızda qeyd etdiyiniz sahələr (meşələr də buna daxildir) ictimaiyyətin malı hesab olunur. Odur ki, onlardan necə və nə vaxt istifadə etməklə əlaqədar qaydaları qoymaq da cəmiyyətin işidir.
Əgər qeyd edilən ərazilərdəki məhsullardan istifadə etmək səlahiyyətli orqan tərəfindən azad elan edilibsə, onlardan yığıb yemək halaldır. Əgər ictimaiyyət tərəfindən qadağan edilibsə, halal olmaz. Məsələn, əgər meşədən odun kəsmək, müəyyən göl və ya dənizdən, yaxud da hansısa bir su hövzəsindən balıq tutmaq qadağan olunubsa, o yerlərdən götürülən qazanc dini cəhətdən də qadağan sayılır.
Lakin əgər böyürtkən və şabalıd kimi meyvələrin yığılmasının qadağan edilməyinin məqsədi birbaşa həmin meyvələr deyil, meşələrə ziyan vurmamaqdırsa, əlavə olaraq, bu məhsullar yığılıb ictimai məqsədlər üçün də istifadə edilmirsə, yığılmadığı təqdirdə zay olub gedən növdən məhsulları meşə və təbiətə ziyan vurmamaq şərti ilə yığmaq, yemək və ya satmaq olar. Bunda bu şərtlər daxilində bir eyib yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.