Müsəlmanlar
Çəlik istifadə etmək sünnədir?

Çəlik istifadə etmək sünnədir?

Sual: Həzrəti Muhəmməd çəlik istifadə etməyi əmr edib? Çəlik istifadə etməyin sünnə olduğu düzdür? Belə bir hədis var?

Cavab: Çəlik istifadə etməklə əlaqədar bəzi kitablarda belə rəvayət edilib:

“Çəlik istifadə etmək möminin əlamətidir.”

“Çəlik tutmaq peyğəmbərlərin sünnəsidir.”

“Kim 40 yaşına gəlib də əlinə çəlik almasa, asi olar.”

Lakin bu rəvayətlər ilə əlaqədar səhih mənbələrdə heç bir məlumat yoxdur. Rəvayətçilərdən bəzilərin də (Yəhya ibn Haşim əl-Ğassani kimi) hədis uydurmaqda məşhur olduğunu qeyd edilib. ((Bax: Deyləmi, Kitabu Firdovsi-l Əxbar, Təhqiq: Fəvvaz Əhməd Zümərli, Muhəmməd Mutasım Billah əl-Bağdadi, Daru-l Kitabi-l Ərabi, Beyrut, 1986, 2-cild s. 147, hədis nomrə: 2750; Əli əl-Qari,əl-Əsraru-l Mərfua, Təhqiq: Muhəmməd Lütfi əs-Sabbağ, 2-ci nəşr, Beyrut, 1986, s. 179, hədis nömrə: 147.))

Təfsirci Əli əl-Qari çəlik ilə gəzməyə Taha surəsinin17-18 ci ayələrində və peyğəmbərin  bəzən çəlik ilə gəzməyindən ötrü yaxşı baxıldığını vurğulayıb.

Əlaqədar ayə belədir:

“Sağ əlindəki nədir Musa?”

“O, çəliyimdir dedi, ona söykənir, onunla davarıma xəzəl silkələyirəm. Başqa işlərimdə də faydalanıram.”

Ayənin davamında Allah Təala, Musaya (ə. s.) çəliyini yerə atmağı əmr etmiş, çəlik yerə atılınca bir anda ilana döndüyü bildirilib. Yəni, bir çəlik möcüzə əsəri əvvəl bir ilana sonra da əsil halına geri gəlib. Bu səbəbdən ayələrdə bir möcüzə izah edilib, amma çəlik istifadə etmək ilə əlaqədar hər hansı məlumat yoxdur. Peyğəmbər (s.a.v.) yaşlandıqdan sonra bəzən çəlik istifadə etdiyi doğrudur. Lakin bu çəlik istifadə etməyin sünnə olduğu mənasına gəlməz. Çünki bu, Onun yemək, içmək, geyinmək və yatmaq kimi insani hərəkətlərindən biridir. Bu kimi əməllərin dindəki hökmü mübahdır. Yəni, müsəlmanlar bu mövzularda peyğəmbərin hər hərəkətini yerinə yetirməyə məcbur deyillər. Peyğəmbərin hansı hərəkətinin sünnə olduğunu bilmək üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2983.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.