Müsəlmanlar
Ədliyyə binasinda Cümə namazı qılmaq olar?

Ədliyyə binasinda Cümə namazı qılmaq olar?

Sual: Məlumdur ki, ədliyyə binası və oxşar dövlət idarələrinə ciddi təhlükəsizlik yoxlamalarından keçdikdən sonra girmək olur: Giriş qapısında təhlükəsizlik əməkdaşları yoxlanış edirlər. Belə bir binanın içindəki namaz otağında Cümə namazı qılmaq olar?

Cavab: Allah Quranda Cümə namazı ilə əlaqədar olaraq buyurur:

“Cümə günü namaz üçün çağırıldığınız vaxt Allahı zikr etməyə tələsin.” (Cümə, 62/9)

Qədimdə təkcə məscidlərdə deyil, qalaların içində yerləşən məscidlərdə də Cümə namazı qılınırdı. Hərbi qərargahlarda da qılınırdı. Yəni, elə yerlərdə ki, oraya təhlükəsizliyin təmin olunması üçün müəyyən adamları qəbul edirdilər, hamını yox.

Bu məsələdə əsas qayda budur: Cümə namazına getmək istəyən şəxsin gedə biləcəyi ayrı yerlər varsa, orada da olar. Ki, belə yerlər (məscidlər) var. Tutalım ki, Cümə namazı üçün əzan oxundu. Bir nəfər Cümə namazını qılmaq istəyir. Qalanın xaricində bu ibadəti yerinə yetirə biləcəyi yer var. Bu halda qalanın içində qılınan Cümə namazı caizdir, bunda problem yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.