Müsəlmanlar

Ədalətli olmağın mütləq şərti nədir?

Sual: Ədalətli olmağın mütləq şərti Allahla birlikdə yaşamaqdır? Yəni, insan gəlib keçən dünya mənfəətləri üçün axirətini qurban verə bilərmi? Belə edənlərin imanı zəifdir, yoxsa ağılları?

Cavab: İmanlarının zəif olması qətidir. Kafirliklə müsəlmanlığın arasındakı fərq dünyanı axirətdən üstün tutub tutmamaqdadır. Kafirlər əslində axirəti inkar edən kəslər deyillər; onlar dünyanı axirətdən üstün tutanlardır.

Ona görə də əgər siz dünyanı üstün tutursunuzsa, heç bir vaxt həqiqətləri dilə gətirə bilməzsiniz. Bir şey dedikdə: “Görəsən, bunun mənə xeyri, yaxud ziyanı nə olacaq?”, – deyə, fikirləşməyə, götür-qoy etməyə başlayarsınız. Ancaq əgər Allahın razılığını qazanmağı üstün tutsanız, həqiqətləri deyərsiniz, bundan çəkinməzsiniz. İstərsə, ətrafınızda heç kəs olmasın. Çünki bu halda: “Necə olsa, Allah Təalanın dərgahında bunun qarşılığını mütləq görəcəyəm”, – deyə, inanırsınız.

Bir sözlə, insanlar ən çox öz mənfəətlərinə üstünlük verirlər. Bu elə məsələdir ki, bunda müəllim-alim olmağın da heç bir qiyməti yoxdur. Çünki Allah Təala insanı imtahan edir. O, insanları onların ən zəif yerlərindən imtahan edir: Sən axirəti üstün tutursan, yoxsa dünyanı?

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.