Müsəlmanlar

Namaz bir uşağa neçə yaşda vacib olur?

Sual: Bir uşağa namaz qılmaq neçə yaşda vacib olur?

Cavab: İbadətlərə görə cavabdeh olmağın birbaşa yaşla əlaqəsi yoxdur. İslam dininə əsasən cavabdehlik (mükəlləf olmaq) həddi-büluğ dövrü ilə başlayır. Namaz da bir ibadət kimi həddi-büluğ dövrünə çatan və əql (ağıl) sahibi olan hər bir kişi və qadın müsəlmana vacibdir (fərz).

Həddi-büluğ dövrü oğlan uşaqlarının ehtilam olmağa, yəni, yuxuda kirlənmə-boşalmağa, qız uşaqlarının isə aybaşı (heyz) olmağa başladıqları vaxtdır. Bu dövrün başlanğıcı oğlanlar üçün 12, qızlar üçün isə 9 kimi götürülür. Lakin bu, sabit bir yaş deyil. Çünki ayrı-ayrı şəxslərdə dəyişilir. Bunun da səbəbi iqlim və ictimai məsələlərdir. Bu yaşların axırı həm oğlanlar, həm də qızlar üçün 15 yaşdır. Yəni, 15 yaşına çatdığı halda heyz olmağa başlamayan bir qız və həmin yaşda hələ də ehtilam olmamış bir oğlan uşağı yenə də həddi-büluğ dövrünə çatmış hesab olunur. Bu da o deməkdir ki, onlar artıq (əgər rüşdə də sahib olmuşlarsa yəni, əqli cəhətdən bir problemləri yoxdursa) dini cəhətdən cavabdeh hesab edilirlər.

Bu sualla əlaqədar olaraq aşağıdakı qısa cavabla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/2185.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.