Müsəlmanlar
Allah üçün qeybdən söhbət gedə bilərmi?

Allah üçün qeybdən söhbət gedə bilərmi?

Sual: Həşr surəsinin 22-ci ayəsində belə deyilir: “O, elə bir Allahdır ki, Ondan başqa ilah yoxdur. O, qeybi də bilir, hazır olanı da. O, Rəhman və Rəhimdir.” Buradakı “qeybi də bilir, hazır olanı da” ifadəsini nə cür başa düşməliyik?

Cavab: Həmin ayədə “şəhadət” ifadəsi var. O ifadə bizə nəzərən görünən şeyləri nəzərdə tutur. Allah üçün isə qeyb deyilən bir şey yoxdur. Oradakı “qeyb” ifadəsi də bizim üçün qeyb olan şeyləri bildirir. Misal üçün, hal-hazırda mən sizin ürəyinizdən keçənləri bilə bilmərəm. Çünki o şeylər mənim üçün qeyb deməkdir, qeybdir. Siz də mənim ürəyimdən və ya ağlımdan keçənləri bilə bilməzsiniz. Çünki bunlar sizin üçün qeyb deməkdir. Allah isə bizim hamımızın daxili dünyamızı bilir.

Odur ki, buradakı qeyb əslində var olan, lakin bizim duyğu orqanlarımızla bilə bilmədiyimiz şeyləri ifadə edir. Allahın gələcəyə dair planladığı məsələlər varsa, onlar da qeybdir. Onların da ancaq Allah tərəfindən bizə bildirilmiş olanlarını bilə bilərik. Məsələn, Allah Təala bizə axirət, cənnət və cəhənnəmlə əlaqədar planladığı şeylərin bəzilərini bizə Quranda bildirmişdir. Biz də ayələrin sayəsində bilirik. Ancaq Allahın bizə bildirmədiyi şeylər də var.

Deməli, Allah üçün qeybdən söhbət gedə bilməz. İnsanların ilahi imtahanla əlaqədar əməllərini isə Allah əvvəlcədən planlaşdırmayıb. Əgər elə olsaydı, ilahi imtahanın heç bir mənası qalmazdı. Çünki Allah bu nizam-intizamı imtahan üçün yaratdığını bildirir. Bizim nə vaxt nə iş görəcəyimiz dəqiq və qəti formada məlum olmadığı üçün gələcəyə dair əməllərimiz qeyb də deyil. Çünki olmayan şey bilinə bilməz. Olmayan şey qeyb də ola bilməz. Yəni, ya planlanmış olacaq, ya da mövcud (var).

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.