Sual: Bir çox yerdə - dərs və dini yığıncaqlarda insanlar Cənnətə həvəsləndirilirlər. Məndə belə bir sual yaranır: Müsəlmanın məqsədi Cənnətə getmək olmalıdır, yoxsa Allahın razılığına nail olmaq?
Cavab: Hər ikisi də. Allah Təala Quranda belə deyir:
“Rəbbinizdən olan məğfirətə (bağışlanmağa) və eni göylərlə yer qədər olan Cənnətə (qovuşmaq üçün) yarışın. O, müttəqilər üçün hazırlanmışdır.” (Ali-İmran, 3/133)
Elə isə yarışan şəxs ilk növbədə eni göylərədək olan Cənnəti qazanmaq üçün yarışmalıdır. İnsan bu dünyada kiçik bir mənzil sahibi olmaq üçün illərlə çalışıb vuruşur və bunun üçün pul yığır. Evi alana qədər çox cidd-cəhd edir, əlləşir, yorulur. Allah isə insana göylər və yer qədər olan bir Cənnətdən bəhs edir.
Əgər insan Allahın razılığını qazanmasa, ona heç kəs Cənnəti verməz. Odur ki, bunların ikisi də bir-birindən ayrılmaz şeylərdir.
Əslində müsəlmanlar çox mənfəətpərəstdirlər. Onların əsl hədəfi dünyanın kiçik mənfəətləri deyil, Allahın bəxş edəcəyi böyük qazanclar olmalıdır. Bunun üçün isə hər şeydən əvvəl Allaha etibar edib arxalanmaq lazımdır. İman məhz budur. İman Allaha etibar etmək və Onun üçün çalışmaqdır. Deməli, Cənnətə getmək istəyi və Allahın razılığına nail olmaq məqsədi insanda birgə olmalıdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.