Müsəlmanlar
Cəlcəlutiyyə deyilən bir vəhy nazil edilibmi?

Cəlcəlutiyyə deyilən bir vəhy nazil edilibmi?

Sual: Allah tərəfindən cəlcəlutiyyə deyilən bir vəhy nazil edilib? Bu barədə deyilənlər nə dərəcədə düzdür?

Cavab: Belə bir şey yoxdur. Ondan söhbət belə gedə bilməz. Heç “cəlcəlutiyyə” sözü də Ərəbcə deyil! Amma bəzi insanlar bəzi şəxsləri müqəddəs imiş kimi göstərmək üçün müxtəlif şeylər uydururlar. Onlar bunu dindən sui-istifadə etmək üçün edirlər. İnsanları düzgün yoldan çıxardırlar.

Əgər: “Bu kitab Quranın alındığı yerdən götürülmüşdür”, – deməsələr, kim Risaleyi-Nur deyilən kitabları Quranın yerinə qoyub oxuyar? Risaleyi-Nurda şəxsən müəllif deyir ki, bu kitab Quranın alındığı yerdən alınmışdır. Əgər desə ki, bu kitab Qurandan əxz olunub, o vaxt: “Hansı ayələrdən?”, – deyə, bir sual soruşmaq olar. Amma belə demir, məhz Quranla eyni mənbədən olduğunu deyir. Məhz ona görə öz yığıncaqlarında Quran deyil, o kitabı oxuyurlar. Belə deməsə, kim oxuyacaq o kitabları? Cəlcəlutiyyə, nə bilim nə!

Onlar ağıllarını başlarına yığmalıdırlar. Axirətdə Allaha hesab verə bilməzlər. Məncə orada iflas edib müflis olmaqdansa, bu dünyada müflis olmağı seçməlidirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.