Müsəlmanlar

Həzrəti Adəm asi olmasaydı, insanların imtahanı necə olardı?

Sual: İlk insan olan Adəm peyğəmbər əgər Allahın əmrini yerinə yetirsəydi və asi olmasaydı, ilahi imtahan nə cür olardı? Başqa formalarda davam edərdi, yoxsa yox?

Cavab: Allah Təala ilahi imtahanın qaydalarını qoyduqda həzrəti Adəmi əsas tutmadı. Yəni, imtahanın qaydalarını Adəmə əsasən müəyyən etmədi. Odur ki, ilahi imtahanın qaydaları Adəm üçün nədirsə, mələk və cinlər üçün də odur.

Mələklər də, Adəm də çətin bir sınaqdan keçirildilər. Hamımız bu məsələdə eyniyik.

Allah ilk nazil etdiyi surədə (Ələq) belə buyurur:

“Bəşər övladı özünün başqasına möhtac olmaqdan qurtulduğunu görən kimi dərhal həddini aşdı.”

Bizdə qəşəng bir söz var: “Ayağıma yer edim, gör sənə nə edirəm!”

Bu söz də yuxarıdakı ayə ilə demək olar ki, eyni mənanı ifadə edir. İnsan belə bir varlıqdır. Özünü bir qədər rahat hiss edən kimi, başqasının təpəsinə dırmaşır. Adəm peyğəmbər də o əhvalatda insanların ümumi rəftarını nümayiş etdirmişdir. Halbuki Adəm imtahanda müvəffəq ola bilərdi.

Bir sözlə, Allah imtahanın qaydalarını təkcə Adəm üçün qoymayıb. Bu, hamı üçün qüvvədədir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

Allah nə üçün bizi axırı cəhənnəm olan bir imtahana tabe tutur?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.