Müsəlmanlar

İlah sözünü tanrı formasında tərcümə etmək düzdür?

Sual: Linqvistlərimizdən biri belə deyir: Ərəb dilindəki “la ilahə illəllah” cümləsi “Allahdan başqa tanrı yoxdur” kimi tərcümə olunduğu vaxt şirki başa düşmək çətinləşir. “İlahlıq” və “şirk” məfhumları başa düşülmür.” Siz bu barədə nə deyirsiniz?

Cavab: İlah sözü Ərəb sözüdür. Bunun bizim dilimizdəki ekvivalenti tanrı sözüdür. Hər bir dildə tanrı sözünün bir qarşılığı var.

Bəzən siz: “La ilahə illəllah: Allahdan başqa tanrı yoxdur” deyirsiniz, başqaları isə buna reaksiya verirlər. Deyirlər ki, bəs yer tanrısı? Bəs göy tanrısı?

Onlara belə demək lazımdır: Mən də siz deyəni deyirəm! Mən deyirəm ki, Allahdan başqa bir tanrı yoxdur! Mən Allahdan savayı, Allahın xaricində, Allahdan başqa hər hansı bir tanrının varlığını qəbul etmirəm və bunu dilimlə deyirəm: Allahdan başqa tanrı yoxdur!

Yəni, buradakı “yoxdur” ifadəsi hər şeyi ifadə etmirmi?

Odur ki, siz əgər Türksünüzsə, “tanrı” deyə bilərsiniz. İngilissinizsə, “god”, Fransızsınızsa, “deu”, Farssınızsa, “xuda”, Yunansınızsa, “theos” deyə bilərsiniz. Ancaq bir sözü işlətmək məcburiyyətində deyilsiniz. Belə bir şərt yoxdur.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:

http://www.muselmanlar.com/fitvalar/796.html

http://www.muselmanlar.com/fitvalar/794.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.