Sual: Ayələrdə qeyd edildiyi kimi, lazımi səyi göstərdikdən sonra Allahın insana onun istədiyi şeyi verməməyi mümkündür? Əgər planlarımız baş tutmursa, nə etməliyik? “Deməli, bizim üçün münasib olan bu imiş”, - deməliyik? Yoxsa təzədən həmin iş üçün cidd-cəhd etməliyik?
Cavab: Hər ikisi də mümkündür. Hər şeydən əvvəl imtahandan keçirildiyimizi bilməliyik. Bir dağa dırmaşan insanın atdığı hər addımda yorğunluğu daha da artır. Odur ki, insan təngnəfəs olsa belə, o yolda yeriməyə davam etməlidir, dayanmaq olmaz.
Təpələrə çıxdıqca insan öz-özünə deyir: “Bu təpəni aşdımmı, vəssalam!”. Halbuki o təpədən sonra başqa bir təpə də çıxır qarşısına. Həyat belədir.
Ona görə də bezib usanmadan yola davam etmək lazımdır. İmtahan belə bir şeydir. Quranda deyilir:
“Həmin çətin yoxuşa dözə bilmədi.” (Bələd, 90/11)
Əgər insan yoxuşu çıxdığı vaxt ona tab gətirsə, enişə keçdikdə rahatlaşar. Ancaq enişi endiyi vaxt da bunun üçün qürrələnmək olmaz. Əks təqdirdə, üzüaşağı yumalanıb gedər insan. Həmişə ehtiyatlı olmaq lazımdır. Çünki hər an imtahan halındayıq.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.