Sual: Siyasi səbəbdən və ya ailə təzyiqindən ötürü hicabı tərk etdim. Mənim bu hərəkətim nə qədər doğrudur?
Cavab: Qadınlar üç səbəbdən örtünürlər:
1. Ənənə ya da Təqlid Ecabı: Hicabın özləri üçün nə qədər əhəmiyyətli və ciddi olduğunu dərk etmədən, adət-ənənədə görüb örtünən ya da Quranda belə bir hökmün olub-olmadığını dəqiq bilmədən, düşənmədən örtünənlər. Düşdükləri şəraitə görə; əgər açıq-saçıq bir ailə ya da çevrəyə düşərlərsə açıq, yox daha qatı ailə ya da çevrəyə düşərlərsə, ona baxaraq hərəkət edərlər.
2. Emosionallıq Ecabı: “Mən Allahın dediklərinə dönürəm”- deyib, həvəsə qapılaraq örtünənlər. Belələrinin çoxu müəyyən müddət sonra hər hansı bir sınaq, çətinlik zamanı açılır və ya başqa bir “ağıllı(!)” adam onu tovlayıb yolundan döndərir.
3. Allahın əmri Ecabı: Örtük-hicab bizdən əvvəlki əhli-kitaba və müsəlman qadınlara da Allahın mühüm bir əmri olduğunu düşünən və: “Bu səbəblə mən bir qadın olaraq səfimi Allaha itaət mövzusunda müəyyən edirəm” – deyib örtünənlər. Bunlar hər sınaqdan bacarıqlı və qalib çıxarlar və heç-bir zaman səflərini dəyişməzlər! Düşdükləri yerə görə deyil, Allahın əmrinə görə hərəkət edərlər.
Biz müsəlmanlarla əlaqəli bəzi ciddi hökmlərin Quranda geniş izahını görmürük. Bunun ən böyük səbəbi bu hökmlərin Qurandan qabaq endirilən kitablarda qeyd edilməsi və o dövrdə yaşayan Məkkə və Mədinə əhlinin bundan xəbərdar olmasıdır. Məsələn, hicab bu hökmlərdən biridir.
Hicab bizdən əvvəlki ümmətlərin qadınlarına da fərz qılınmış bir əmr və eyni zamanda ibadətdir. Kim, necə və nə geyinməlidir? Onlar bu haqda geniş məlumatlara sahib idilər. Bu səbəblə Quranda örtük haqqında geniş izahatlarla qarşılaşmaya bilərsiniz. Ancaq bu izahatların verilməməsi o hökmün ciddiyyətini aradan qaldırmaz. Çünki məlum bir məsələdir.
Məkkə və Mədinə qadınları başlarına yaylıq örtürdülər, eynilə bizim indiki azərbaycanlı və qafqaz qadınları kimi…Ancaq yaylığı arxadan bağlayıb, sinələrini açıq tuturdular. Allah Təala bir xatırlatma olaraq yaylığın necə örtüləcəyini xəbər verərək əvvəlki kitablardakı ayələrə bənzər şəkildə bu ayəni endirmiş oldu:
“Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; başörtüklərini yaxalarının üstünə salsınlar…” (Nur, 24/31)
“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 33/59).
Elə bu ayələr inanan bir qadının hicab geyinməsi və onu tərk etməməsi üçün kifayətdir.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/2655.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.