Sual: Həzrəti Muhəmmədin qəbrinin yeri hal-hazırda bilinir? Bilinirsə, haradadır?
Cavab: Peyğəmbərimizin (s. a. v.) qəbri Səudiyyə Ərəbistanında Mədinə şəhərindədir. Daha dəqiq desək, Mədinə şəhərindəki məscidi-nəbəvinin (peyğəmbər məscidi) içindədir və qibləyə əsasən sol tərəfdə yerləşir.
Peyğəmbərimizin dəfn olunduğu yer öz dövründə xanımlarından biri olan Aişə anamızla yaşadığı evi idi. Həmin ev hücreyi-səadət adlanır. Bu yer o vaxt məscidin yanında idi. Sonra orada genişləndirmə işləri aparıldı. Nəticədə məscidin içində və qiblə istiqamətinə nəzərən sol tərəfdə qaldı.
1-ci xəlifə Əbu Bəkr (r. a.) və 2-ci xəlifə Ömər (r. a.) də peyğəmbərimizin yanında dəfn olunublar.
Məscidi-nəbəvi haqqında ətraflı məlumat üçün aşağıdakı keçidə baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.