Müsəlmanlar
Vaxtı teleseriallara baxmaqla keçirmək

Vaxtı teleseriallara baxmaqla keçirmək

Sual: Məlumdur ki, indiki dövrdə hər televiziya kanalında bir neçə teleserial göstərilir. Bunlara baxmaq, bütün günü onları izlməklə keçirmək nə dərəcədə düzgündür?

Cavab: İnsan üçün vaxt çox qiymətlidir. Hətta demək olar ki, ən qiymətli şey vaxtdır. Elə isə ondan düzgün istifadə etmək lazımdır.

Telekanallarda göstərilən bəzi teleseriallar ümumiyyətlə bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlmir. Uyğun olanları belə, mtəmadi olaraq izləmək, bütün günü bu məşğuliyyətlə keçirmək olmaz.

Televiziyada göstərilən proqram və verilişlər (teleseriallar da buna daxildir) insanı öz əsas məşğuliyyətindən, dolanışıq qayğılarından və gündəlik həyatının ümumi gedişatından uzaqlaşdırmamalıdır. Əsas prinsip budur. Təbii ki, maarifləndirici verilişləri və sənədli filmləri izləmək hamı üçün faydalıdır. Bununla belə, bu məsələdə də ehtiyatlı olmaq lazımdır.

Televizor və mətbuata münasibətlə əlaqədar olaraq aşağıdakı qısa yazıları da oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/1456.html

http://www.muselmanlar.com/fitvalar/4827.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.