Sual: Zaman nədir? Allah tərəfindən yaradılmış müstəqil bir varlıqdır? Əgər Allah zamandan ayrı deyilsə, onunla iç-içədir. Elə isə zaman yaradılmış bir şeydir, yoxsa Allahın sifətlərindən biri? Quranda bu məsələ nə cür izah olunur?
Cavab: Bu məsələni əvvəllər də və dəfələrlə izah etmişik. Dərslərimizi izləməyiniz ətraflı məlumat almaq üçün kifayətdir.
İndi isə bu suala yığcam şəkildə belə cavab vermək olar:
Zaman deyilən müstəqil bir varlıq yoxdur. Zaman bizim bəzi məsələləri izah və ifadə etmək üçün işlətdiyimiz bir məfhumdur. Yəni, gələcəyini-baş verəcəyini düşündüyümüz şeylərlə keçmişdə olanların münasibət və əlaqəsini ifadə etmək üçün işlətdiyimiz bir sözdür. Biz onu ardıcıllığı göstərmək üçün işlətməyə məcbur qalırıq. Əslində isə o, ayrı bir varlıq deyil. Çünki əgər ayrı bir şey olsa, hamı üçün eyni olmalıdır.
Məsələn, ğlən bir şəxs üçün Qiyamətin yaxınlığı gözü açıb yumana qədərdir. Bununla əlaqədar ayə də var:
“Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.” (Nəhl, 16/77)
Nə üçün? Çünki ölən şəxsin gördüyü iş ölüm anında gözünü yummaqdır, təzədən dirilişdə isə açmaq. Yəni, burada nəzərdə tutulan 2 hərəkətdir. 3-cüsü yoxdur. Elə isə zaman bu hərəkətlərin arasındakı ardıcıllığı göstərir.
Quranda “6 gündə yaratma” və “bütün insanların ölümündən sonra təzədən dirilməyə qədər 50 min il çəkən gün” kimi ifadələr də var. Bütün bunlar o əsnada olası hadisələrin ardıcıllığını bildirmək üçün işlədilən məfhumlardır. Bir sözlə, zaman deyilən müstəqil bir varlıq yoxdur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.