Sual: İddə dövründə ərindən ayrı olan qadın onun yanına qayıtmaq istəyən ərini rədd edə bilər? Onun dini cəhətdən belə bir haqqı var?
Cavab: Kişinin arvadının yanına qayıtmağı onun xoş niyyətindən asılıdır. Allah belə buyurur:
“Əgər ərləri barışmaq istərlərsə, onlara iddə müddəti içərisində geri qayıtmağa [barışmağa] daha çox haqlıdırlar.” (Əl-Bəqərə, 2/228)
Bu o deməkdir ki, kişilər arvadlarına iddənin axırında qayıda bilərlər. Elə isə onlar buna daha haqlıdırlar. Ancaq əgər aranı düzəltmək niyyəti yoxdursa, məsələn, qaydaya əsasən boşadıqdan sonra iddə başa çatmadan arvadına qayıdıb iddənin qalan hissəsində təzədən boşasa, bu, etibarsız hesab edilir və iddə müddəti qurtardıqda arvadı ilə əlaqəsi tamamilə kəsilir.
Odur ki, kişi arvadına zərər vermək və ya iddə müddətini uzatmaq üçün qayıda bilməz. Bu barədə Quranda deyilir:
“Qadınlarınızı boşadığınız zaman, gözləmə müddətləri başa çatanda onları ya xoşluqla saxlayın, ya da xoşluqla azad buraxın. Onlara zərər verib, hüquqlarına təcavüz etmək məqsədilə saxlamayın! Bunu edən, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri [hökmləri] ilə istehza etməyin! Allahın sizin üzərinizdəki nemətini yada salın! Allah endirdiyi kitab və doğru elmlə [hikmətlə] sizə öyüd-nəsihət verir! Allahdan qorxun və bilin ki, O, hər şeyi bilir.” (Əl-Bəqərə, 2/231)
İddə gözləyən qadının da ərini rədd etməyə haqqı var. O da iddə müddətinin axırında ərindən boşanmağı seçə bilər.
Talaqla əlaqədar ətraflı məlumat aşağıdakı keçiddədir:
http://www.muselmanlar.com/fitvalar/2282.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.