Sual: Allah Təala zat və adları (əsma) ilə məxluqata təcəlli edər?
Cavab: Əvvəlcə təcəllinin nə olduğuna nəzər yetirmək lazımdır. Təcəlli görünmək deməkdir. Allahın təcəllisi isə Onun açıq-aydın formada görünməyi deməkdir.
Bizim Allahı görməyimiz mümkün deyil. Məhz Allah bildirir ki, gözlər Onu dərk edə bilməz. O isə bizi görür. Məxluqatda (varlıqlarda) da Allahın güc və qüdrəti görünür, təcəlli edir. Biz də bir varlığıq. Allah insanları elə yaradıb ki, hər kəs ayrıdır; bir-birindən fərqlidir. Bu, Allahın güc və qüdrətini əyani surətdə göstərir. Təbii ki, düşünən insanlar üçün. Elə isə Allahın təcəllisi bu mənada ola bilər. Yəni, Öz zatını göstərmək mənasında mümkün deyil.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.