Müsəlmanlar
Ev heyvanlarını qısırlaşdırmaq olar?

Ev heyvanlarını qısırlaşdırmaq olar?

Sual: Evdə saxlanan pişiklərin qısırlaşdırılması məsələsinin dini baxımdan hökmü nədir? Evdə saxlanan pişiklər bayıra çıxmaq istəyir amma çöl-bayırdakı problemlər ucbatından müxtəlif təhlükələrlə qarşılaşırlar. Bununla belə, biz onları qısırlaşdırmaqla əsl təbiətlərini korlayırıq. Dində bu barədə nə deyilir? Məlumat versəniz, çox şad olararıq.

Cavab: Əgər bunun heyvanlara heç bir faydası yoxdursa, əksinə, zərəri varsa, onları qısırlaşdırmaq olmaz. Lakin evdə saxlanan pişik və digər heyvanlar məsələsində vəziyyət başqa cürdür. Bu cür heyvanlar saxlandıqları mühitin xaricindəki heyvanlarla bir araya gəldikləri vaxt müxtəlif xəstəliklərə tutulur və bu xəstəliklərin ucbatından çox yaşamırlar. Amma belə bir fikir var ki, bu məsələnin qısırlaşdırma əməliyyatı kimi həll yolları həmin heyvanlara zərərdən çox xeyir verir. Hətta belə deyilir ki, bu, onların ömrünü uzadır. Belə çıxır ki, bur cür heyvanları onlara gələn zərərdən uzalaşdırmaq və fayda vermək prinsipinə əsasən qısırlaşdırma əməliyyatı aparmaq caiz olmalıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.