Müsəlmanlar

Peyğəmbərlərə fərq qoymaq olar?

Sual: Quranın Bəqərə (ayə 285) və Ali-İmran (ayə 84) surələrində deyilir ki, peyğəmbərlərin arasında üstünlük yoxdur. İsra surəsində (ayə 55) isə deyilir ki, bəzilərini bəzilərindən üstün etdik. Bu ayələri nə cür başa düşmək lazımdır?

Cavab: Əslində bu sualın cavabı elə həmin ayələrdədir:

“Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq.”

Burada söhbət biz möminlərdən gedir. Çünki Allah onların hamısını biz insanlara elçi göndərib. Elə isə biz onların heç birini digərlərindən ayıra bilmərik. Onların hamısını eyni dərəcədə inanmalıyıq.

Allah isə peyğəmbərlərin bəzilərinə fərqli xüsusiyyətlər, möcüzələr vermiş və qarşılaşdıqları çətinliklərinə, elədiklərinə görə dərcələndirmişdir. Bu isə ayrı məsələdir. Allah Təalaya aid bir məsələdir. Biz peyğəmbərləri bir-birindən ayıra bilmərik. Hamısına eyni səviyyədə inanmalıyıq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.