Sual: Gördüyümüz yuxulara əsasən yaşamağımız, yəni, yuxulara istinadən həyatımızı formalaşdırmaq nə dərəcədə düzgündür?
Cavab: Görülən yuxu ancaq və ancaq onu görən şəxsi maraqlandıran bir şeydir. Yuxular insan üçün bir müjdədir. İnsanlar əsasən çox çətin vəziyyətdə olduqları vaxt yuxu görürlər. Allah onlara bir qapı açır. Allah gələcək üçün insanlara bir müjdə verib onları rahatlaşdırır.
Bununla belə, yuxular qəti bir bilik hökmündə deyil. Əgər elə olsaydı, Yaqub peyğəmbər qəm-qüssədən gözlərini itirməzdi. Çünki o, yuxu görürdü. Lakin: “Mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi bilirəm”, – deyirdi. Digər tərəfdən də, yuxu çox qəti bir məlumat əhatə etmədiyinə görə həmin əzab-əziyyəti çəkirdi.
Deməli, yuxular insana ancaq bir ümid verir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu sualla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/fitvalar/yuxu
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.