Sual: Quranın Bəqərə surəsinin 261-ci ayəsində deyilir: “Allah öz istədiyinə qatbaqat verir”. Bunu nə cür başa düşməliyik?
Cavab: Məlumdur ki, həmin fel (şaə) heyf ki, problemə çevrilib. Hamı mənə deyir ki, bu feli təkcə sən düzgün başa düşürsən? Məgər təkcə mən düz anlasam, günah olar? Məgər mən onlar (bu felə o cür məna verənlər) kimi olmalıyam?
Çox şükür ki, Əbu Mənsur əl-Maturidinin təfsir kitabı nəşr olundu. Həmin kitabda bu fellə əlaqədar olaraq üstünlük vermək yaxud da etmək mənaları verilib. Yəni, felin 2 mənası var.
Həqiqətən də, təfsirdə gözəl bir məna verilib. Bu mənanı verdikdə ayənin başa düşülməsində heç bir problem qalmır.
Odur ki, Bəqərə surəsinin 261-ci ayəsinin mənası belə olmalıdır: Allah istəyən (lazımi cidd-cəhdi göstərib çalışan) şəxs üçün qatbaqat artırır. Burada seçib üstünlük vermək ifadəsini də işlətmək olar. Lakin Allah bunun da qayda-qanununu qoymuşdur.
Bu ayədəki şaə felinə “Allah Öz istədiyinə” kimi bir məna verdikdə, əsl məna tamamilə itir. Bütün sistem alt-üst olur.
Qədim dövrdə bunu bilərək ediblər. Onlar qəza-qədər inancını sabit hala gətirmək üçün başqa çıxış yolu tapa bilməyiblər. Bu halda da həmin felin mənasını dəyişdiriblər.
Bu, həqiqətən də, çox ciddi bir əməliyyatdır və dövlətin əli ilə aparılıb. Belə ki, müsəlmanlar Sasanilərlə Bizanslıların ikiqütblü formada və müsəlmanların bürokratlarının olmamasından sui-istifadə etməklə birləşərək (və bürokratiyanı ələ keçirməklə) müsəlmanları necə əzdiklərini öyrənməsələr, eləcə də, o vaxt baş verənləri yaxşı-yaxşı nəzərdən keçirməsələr, dünyaya İslam naminə deyiləsi bir sözləri qalmaz. Onlar bunu etməsələr, boş-boş arada qalarlar.
Fikir verin, hazırkı dövrdə də eyni oyun davam edir. Onlar zahirən bir-birinə zidd olan qütblər kimi görünürlər. Əslində isə birləşib müsəlmanları əzirlər. Biz müsəlmanlar bunun fərqinə varmağa məcburuq.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:
http://www.muselmanlar.com/dusunce-sahesi/471.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.