Müsəlmanlar

Qızılı xırdaladıb borc verənin borcunu qızılın məzənnəsinə əsasən vermək lazımdır?

Sual: Mən bir nəfərə borc verdim. Borc verdiyim vaxt qızılımı xırdaladıb pula çevirmişdim. İndi isə borcumun qaytarılma vaxtıdır. O adamdan verdiyim borcu xırdalatdığım qızılın qiymətinə əsasən ala bilərəm? Əgər arada bir qədər artıqlıq olsa, faiz olar?

Cavab: Hər şeydən əvvəl deyim ki, bu cür borc münasibətlərində borcu qızılın qiymətinə əsaslandırmaq məsləhət deyil. Çünki ölkəmizdə pul qızıl deyil. Pul kağız puldur. Qızılın dəyəri hazırkı dövrdə sizin öz yerli birjanıza əsasən deyil, beynəlxalq birjalardakı artım və azalmalara əsasən dəyişir.

Mən birjaları son vaxtlarda çox da izləyə bilmirəm. Məşğuliyyət olduqca çoxdur. Əvvəllər yaxından izləyirdim. Bəzən bəzi spekulyatorlar qızılın qiymətini artırmaq və ya azaltmaq üçün tədavüldə olan qızılları azaldır və ya artırırdılar. Misal üçün, Rusiya tədavlə qızıl buraxmaq istədiyi vaxt qızıl möhtəkirləri bazarı qızılla doldururdular. Nəticədə qızılın qiyməti çox aşağı düşürdü. Onlar da qızılı ucuz qiymətə alıb yığırdılar. Sonra qiymət yüksəlirdi və onlar əllərindəki qızılı bazara çıxardıb yüksək qiymətdən satırdılar.

Beləliklə, qızıl artıq pul olmaqdan çıxıb. Odur ki, borc verib alan insanlara belə demək lazımdır: Ölkədə qüvvədə olan inflyasiya fərqini ala bilərsiniz. Bu, sizin haqqınızdır. Çünki borc verən şəxs pulun zaman keçdikcə itən dəyərini öz üzərinə götürməli deyil; belə bir öhdəliyi yoxdur.

Bununla belə, əgər borc alan tərəf borcu qaytardığı vaxt: “Mən sənə sənin mənə borc verdiyin vaxt xırdaladıb pula çevirdiyin qızılın qiyməti qədər pul verirəm”, – desə, faiz olmaz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.