Sual: İnsana zərər verən heyvanlar öldürülməlidir?
Cavab: Əgər bir heyvan insana həqiqətən də, zərər verib xəsarət yetirəcəksə, insan bu təhlükəyə qarşı özünü qorumaq üçün o heyvanı öldürə bilər. Ancaq əgər bir heyvan insana zərər vermirsə və sadəcə olaraq: “Bu heyvan zərərli heyvandır”, – deyib onu öldürmək olmaz; bu, günahdır.