Müsəlmanlar
Ərəfatdakı vəqfin həccin vacibatından olduğuna dair sübut var?

Ərəfatdakı vəqfin həccin vacibatından olduğuna dair sübut var?

Sual: Mən belə bilirəm ki, Quranda Ərəfatla əlaqədar bir ifadə yoxdur. Lakin peyğəmbərimiz: “Həcc Ərəfatdır”, - demişdir. Əlavə olaraq, müsəlmanlar Həcc ibadəti vaxtı Ərəfatda vəqf etməyi bu ibadətin vaciblərindən biri hesab edirlər. Bunu necə başa düşmək olar?

Cavab: Ərəfatda vəqf etmək, yəni, orada dayanıb gözləmək Həcc ibadətinin fərz (vacib) olan bir hissəsidir. Buna Quranda belə işarə olunur:

“(Həcc mövsümündə) Rəbbinizin lütfünü arayıb axtarmağınızda bir günah yoxdur. Ərəfatdan boşalıb axdığınız vaxt Məşari-Həramın yanında Allahı zikr edin. Sizə necə göstəribsə, o cür zikr edin. Həqiqətən də, siz bundan əvvəl səhv yolda idiniz.” (Bəqərə, 2/198)

Ayədəki: “Ərəfatdan boşalıb axdığınız vaxt Məşari-Həramın yanında Allahı zikr edin.” Cümləsi Ərəfat və Müzdəlifə vəqfələrinə işarə vurur. Bununla əlaqədar digər bir Quran ayəsi isə aşağıdakı kimidir:

“Eyni zamanda ((Ayənin orijinalındakı ثُمَّ ifadəsi məa mənasındadır.)) təfəslərini (Ərəfat və Müzdəlifə vəqfələrini) tamamlasınlar. Qurbanlarını yerinə yetirsinlər ((Qurbandan müxtəlif ayələrdə bəhs olunur. Ona görə də buradakı qurbanlar hacının ehrama girdiyi vaxtdan etibarən öhdəsinə götürdüyü öhdəlikdir. Allah belə buyurur:

“Həcc (ziyarəti) məlum olan aylardadır. Kim həmin aylarda Həccə başlasa, Həcc vaxtı nə biədəblik edər, nə günaha batar, nə də dava-dalaş edər.” (Bəqərə, 2/197).)) və o şərəfli Beyti (Kəbə) təvaf etsinlər. (Hacc, 22/29)

Ayədəki “təfəs” sözü ilə nəzərdə tutulanlar Ərəfat və Müzdəlifə vəqfələridir. Bunu peyğəmbərimizdən (s. a. v.) nəql olunan bu rəvayətdən başa düşmək olur:

Tay qəbiləsindən Urvə ibn Müdərris dedi ki, peyğəmbərin yanına getdim. O, Cəmdə (Müzdəlifə) vəqfədə idi. Ona dedim:

“Ya Rəsuləllah! Mən Tay dağından gəldim. Miniyim pis hala düşdü, özüm də yoruldum. Vallah, elə bir qum təpəsi olmadı ki, üstündə dayanmayım. Bu halda mən hacı ola bilərəm?”

Rəsulullah mənə cavab olaraq dedi:

“Kim bizimlə birlikdə bu namazı qılar və əvvəlcə gecə və ya gündüz Ərəfata gələrsə, həccini tamamlamış, təfəsini də yerinə yetirmiş olar.” ((Əbu Davud, Mənasik, 69; Tirmizi, Həcc, 57; Nəsai, Mənasik, 211.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.