Müsəlmanlar

“Salam əleyküm” əvəzinə “salam” demək düzdür?

Sual: Bir-birimizlə salamlaşdığımız vaxt “salam əleyküm”ün əvəzinə təkcə “salam” deyə bilərik? Bu ikisinin arasında bir fərq var?

Cavab: Bir fərq yoxdur. Təkcə “salam” demək bizim vərdiş etdiyimiz salamlaşma tərzinə çox uyğun görünməsə də, bunda Quran baxımından heç bir problem yoxdur.

Belə ki, Quranda deyilir:

“Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “salam!”– dedilər. O da: “Sa­­lam!”– dedi və dərhal (gedib) qızardılmış bir buzov gətirdi.” (Hud, 11/69)

“Salam” dedikdə də, “salam əleyküm” deyildikdə də nəzərdə tutulan tərəf müqabildir. Burada nəzərdə tutulan məna: “Sizə salam olsun!” niyyətindən ibarətdir. Hamı bunu bu cür başa düşür. Ona görə də təkcə “salam” deməyin bir eybi yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/salamlasmaq

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.