Müsəlmanlar
“Axırıncı din İslamdır” demək düzdür?

“Axırıncı din İslamdır” demək düzdür?

Sual: “Axırıncı din İslam dinidir” fikri nə dərəcədə düzgündür?

Cavab: İslam sözünün mənası Allaha təslim olmaq deməkdir.

Gəlin, bu məsələ ilə əlaqədar olaraq Qurana baxaq:

Allah yolunda lazımınca cihad ((Cihad hər növ mənfi hala müqavimət göstərmək deməkdir.)) edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc, 22/78)

Əgər bir insan: “Allah nə deyirsə, odur” qənaətindədirsə, o, müsəlmandır. Ona görə də özünüzə müsəlmandan başqa (filan dini camaatın mənsubu, filan təriqət və ya məzhəbin mənsubu və sairə kimi) adlar verdiyiniz  vaxt bu məsələyə başqa şeylər qarışır.

İslam Allahın dinidir. İlk dinin də, axırıncı dinin də adı İslamdır. Çünki bu, Allaha təslim olmaq dinidir. Allah belə buyurur:

“Allah dərgahında din İslamdır.” (Ali-İmran, 3/19)

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.