Müsəlmanlar

9 yaşlı qız uşağı başını bağlamalıdır?

Sual: 9 yaşında olan bir qız uşağı başını mütləq bağlamalıdır? Bu, vacibdir?

Cavab: Əgər həddi-büluğ dövrünə çatıbsa, başını örtməlidir. Həddi büluğ dövrünə istisnai hallarda 9 yaşında da çata bilər. Lakin bu istisnai hal olduğu üçün “bu yaşdan başlamalıdır”, deyə bilmərik. Bir insan həddi-büluğa 12-15 yaşlarda çatır. Bir sözlə, həddi-büluğ dövrünə çatan qız və ya oğlan dini öhdəlikləri yerinə yetirməlidir. Təsəttür, yəni, qadının başını dinə müvafiq qaydada örtməyi də dini öhdəliklərdən biridir.

Həddi-büluğ dövrü barədə məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2183.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.