Müsəlmanlar
Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür?

Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür?

Sual: Son vaxtlarda kütləvi informasiya vasitələri və internet şəbəkəsində bəzi videolar göstərildi. Həmin videomateriallarda bəzi siyasətçilərin naməhrəm görüntüləri var. Kimsə gizli kamera vasitəsilə çəkib internetə qoyub. Məlumdur ki, İslam dininə əsasən insanların şəxsi həyatlarına müdaxilə etmək olmaz. Lakin burada başqa bir məqam var: Siyasətçilər bundan azaddırlar? Yoxsa onların da eyiblərini ört-basdır etmək lazımdır?

Cavab: Bu məsələdə insanlara siyasətçi-qeyri siyasətçi kimi bir fərq qoymaq olmaz. Allah insanların eyib və qüsurlarını araşdırmağı qadağan edib. Quranda bununla əlaqədar xüsusi bir hökm və ondan irəli gələn qayda var:

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat, 49/12)

İnsanları hansısa bir məsələdə ittiham etmək müsəlmanın öhdəliyi deyil. Ora-bura gizli kamera yerləşdirmək, naməhrəm görüntüləri qeyd etmək olmaz. Təbii ki, o videoda görülən kişi və qadının gördüyü iş düzgün deyil! Ancaq bununla belə, onların qüsurlarını araşdırmaq, bunları qeyd edib yaymaq qəbuledilməz bir hərəkətdir!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.