Müsəlmanlar

Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır?

Sual: Bəzi insanlar belə hesab edirlər ki, zorlanan/cinsi təcavüzə məruz qalan bir qadını onu zorlayan kişiyə ərə vermək lazımdır. Mən bu fikirlə heç cür razılaşa bilmirəm. Xahiş edirəm, bu məsələni dini cəhətdən təhlil edəsiniz.

Cavab: Təcavüz sözünün mənası qadın istəmədiyi halda, yəni, zorla onunla cinsi əlaqədə olmaqdır.

1) Əgər zorlanan qadın onu zorlayan kişiyə ərə verilsə, bu, həmin qadına çox böyük bir zülm olar. Çünki bu halda qadın ömür boyu unuda bilməyəcəyi ən pis insan və nifrət etdiyi kişi ilə ailə qurmalı olur. Bundan söhbət belə gedə bilməz! Çünki bu, cinayətkarı mükafatlandırmaq deməkdir!

2) Heç kəsin heç kimi zorla evləndirməyə ixtiyarı yoxdur. Kiminsə belə bir səlahiyyətindən söhbət gedə bilməz!

Lakin bəzən elə olur ki, qadın öz istəyi ilə cinsi əlaqədə olur. Sonra da peşman olub ona təcavüz edildiyini iddia edir. Bu halda vəziyyət dəyişir: Çünki bu, zorla deyil, iradi olaraq baş verdiyi üçün zina hesab olunur. Burada artıq Quranda mövcud olan başqa bir hökm tətbiq edilir. Belə ki, Nur surəsində deyilir:

“Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb.” (Nur, 24/3)

“Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, rəhm sahibidir.” (Nur 24/5)

Məsələyə bu baxımdan yanaşdıqda zorlanan qadını onu zorlayan kişiyə ərə vermək istəyənlər sanki haqlı çıxırlar. Lakin belə deyil! Çünki zorlama hadisəsində iradə və istək yoxdur. Məhz bunun üçün zorlama hesab olunur. Ona görə də burada zorla evləndirməkdən söhbət gedə bilməz. Əks təqdirdə, hər bir kişi evlənmək istədiyi qadına təcavüz edər, sonra da onunla evlənərdi.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2886.html

http://www.muselmanlar.com/fitvalar/3290.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.